"Ermənistan konstitusiyasında dəyişiklik etməlidir" — Elçin Əmirbəyov

XARİCİ SİYASƏT 25 mart 2025, 12:27
"Ermənistan öz konstitusiyasında dəyişiklik etməlidir".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Agência Brasil" agentliyinə müsahibəsində deyib.

Braziliyaya səfəri çərçivəsində müsahibə verən E.Əmirbəyovun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında dönməz və davamlı sülhə nail olmaqdan ötrü Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı düzəlişlər edilməlidir.

Xatırladaq ki, martın 13-də Azərbaycan Xarici İşlər Nazirliyi Bakı ilə İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olmasına dair Saziş layihəsinin mətni üzrə danışıqların başa çatması ilə bağlı bəyanat yayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top