Azərbaycan millisinin DÇ-2026-da keçiriləcək görüşlərinin təqvimi

İDMAN 24 mart 2025, 14:57

Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsindəki oyunlarının təqvimi dəqiqləşib.

Bu, Millətlər Liqasının dörddəbir final matçlarından sonra mümkün olub.

Ukrayna və İslandiya komandalarının ardından Fransa da millimizin yer aldığı D qrupuna düşüb. "Üçrənglilər" Xorvatiyanı üstələməklə buna nail olublar. Komandalar arasında baş tutan hər iki matçı meydan sahibi olan tərəf 2:0 hesabı ilə üstün tamamlayıb. Parisdəki cavab qarşılaşmasının penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan Fransa yığması cütün qalibi olub.

5 sentyabr

Saat 22:45, İslandiya - Azərbaycan;

Saat 22:45, Ukrayna - Fransa.

9 sentyabr

Saat 20:00, Azərbaycan - Ukrayna;

Saat 22:45, Fransa - İslandiya.

10 oktyabr

Saat 22:45, Fransa - Azərbaycan;

Saat 22:45, İslandiya - Ukrayna.

13 oktyabr

Saat 22:45, İslandiya - Fransa;

Saat 22:45, Ukrayna - Azərbaycan.

13 noyabr

Saat 21:00, Azərbaycan - İslandiya;

Saat 23:45, Fransa - Ukrayna.

16 noyabr

Saat 21:00, Azərbaycan - Fransa;

Saat 21:00, Ukrayna - İslandiya.

Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top