Gəncədə 3 nəfər suşidən zəhərlənib

HADİSƏ 23 mart 2025, 22:45
Gəncə şəhərində üç nəfər qidadan zəhərləniblər.

Demokrat.az xəbər verir ki, Gəncə şəhərində T.Cabbarzadə (2002), G.Əmiraslanova (2001) və K.Kərimova (2004) zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Onların suşidən zəhərləndikləri ehtimal olunur. Zərərçəkənlərə tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, suşi düyü, nori yosunu, balıq və dəniz məhsulları kimi müxtəlif içalatdan hazırlanan yapon yeməyidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 mart 2025, 18:19
Top