
Yəməndəki Husi qrupları İsrailə yeni bir raket hücumu həyata keçirib.
Demokrat.az Oxu.az-a istinadən xəbər verir ki, Təl-Əvivdəki Ben Qurion hava limanı təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq bağlanıb.
Bildirilir, ABŞ-nin Yəmənin şimalındakı Səada vilayətinə bağlı Səhər və Kitaf rayonlarına hücumuna cavab olaraq, Husi qrupları İsrailə raket hücumu təşkil edib.
İsrail mənbələrinin məlumatına görə, hava limanı artıq öz normal fəaliyyətini bərpa edib və hazırda adi rejimdə işləyir.