Saxta içkilər hazırlayan azərbaycanlını həbs edildi

GÜNDƏM 22 mart 2025, 11:51
Rusiyanın Perm vilayətində xüsusilə böyük miqyasda etiketsiz spirt tərkibli məhsulların qeyri-qanuni istehsalı və satışını müəyyən edilib.

Demokrat.az xəbər verir ki, saxta içkilərin hazırlanmasının və satışının qarşısı Federal Təhlükəsizlik Xidmətinin regional bölməsinin əməkdaşları tərəfindən alınıb.

“Rusiya FTX-nin Perm ərazisi üzrə idarəsi azərbaycanlının qanunsuz fəaliyyətini üzə çıxarıb. Həmin şəxs külli miqdarda etiketsiz spirtli içkilərin istehsalını və satışını təşkil edib. O, saxlanılıb və 7 min litrdən çox saxta spirtli içki götürülüb”, - deyə Prikamsk departamentinin mətbuat xidməti izah edib.

Şöbə əməkdaşlarının topladığı materiallar əsasında cinayətkar barəsində cinayət işi başlanıb. Məhkəmə onu təqsirli bilib və 2 il müddətinə ciddi rejimli həbsxanaya və 300 min rubl cəriməyə məhkum edib.(Lent.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
22 mart 2025, 21:59
Top