ADY-də çirkli suların təkrar istifadəsi necə həyata keçirilir?

GÜNDƏM 22 mart 2025, 19:44
22 mart Dünya Su Resursları Günü kimi qeyd olunur.

Demokrat.az xəbər verir ki, ADY dəmir yollarının dayanıqlı inkişafı üçün su resurslarına qənaət edir, çirkli suyun təkrar istifadəyə qaytarılmasını təmin edir.

Yeni Biləcəri və Gəncə lokomotiv depolarında hərəkət tərkibinin yuyulmasında 1510-84 DÜST normasına uyğun olaraq avtomatik yuma cihazından istifadə edilir.

Proses zamanı yaranan çirkli su mərhələli şəkildə təmizlənərək təkrar istifadəyə verilir.

Yekunda toplanan sənaye mənşəli çirkab suları müvafiq sistemlər vasitəsilə təmizlənərək kanalizasiyaya axıdılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 mart 2025, 18:43
Top