Xəzərdə dalğaların hündürlüyü 6 metrə çatacaq — XƏBƏRDARLIQ

GÜNDƏM 22 mart 2025, 22:16
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Demokrat.az  xəbər verir ki, xəbərdarlığa görə, bu gün axşamdan Xəzər Dəniz Akvatoriyasında müşahidə olunan şimal-qərb, şimal küləyi martın 24-ü axşam saatlarına kimi davam edəcək.

Həmin günlər ərzində şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün isə 3.0-4.0 m, sonrakı inkişafda isə 4.0-6.0 m. çatacağı proqnozlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top