Türkiyədəki aksiyalarda 343 nəfər saxlanıldı

REGİON 22 mart 2025, 23:47
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun saxlanılması fonunda Türkiyədə keçirilən etiraz aksiyaları zamanı 343 nəfər saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “TRT haber” məlmat yayıb.

Şübhəlilər İstanbul, Ankara, İzmir, Adana, Antalya, Çanaqqala, Əskişəhər, Konya və Ədirnədə keçirilən etiraz aksiyalarında saxlanılıb.

Ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında etirazlarla bağlı açıqlama yayıb:

“İctimai asayişi pozmağa çalışan, millətimizin əmin-amanlığını və təhlükəsizliyini təhdid edən, xaos və təxribat axtaranlara heç vaxt imkan verilməyəcək və qətiyyən dözüm göstərilməyəcək. Asayişimizin, təhlükəsizliyimizin təminatçısı olan polis əməkdaşlarımız gecə-gündüz növbətçiliyindədir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top