Ruslar azərbaycanlı iş adamının obyektini darmadağın etdilər — FOTOLAR

DÜNYA 21 mart 2025, 14:52
Rusiya ordusunun dünən axşam gerçəkləşdirdiyi hava hücumları nəticəsində Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən azərbaycanlı iş adamı Şamil Quliyevə məxsus "Qulivar" ticarət mərkəzi darmadağın olub.

Bu barədə Modern.az-a Odessada yaşayan jurnalist-diaspor fəalı  Anar Natiqoğlu məlumat verib.

O bildirib ki, rusların bombardmanı nəticəsində Şamil Quliyevə məxsus "Qulivar" ticarət mərkəzi tamamilə yanıb.

“Amma yanğın baş verən sırada yerləşən və minlərlə şəhər sakini, onminlərlə məcburi köçkünün ümid yeri olan "Dopomoqa" xeyriyyə fonduna məxsus binanın yanmasının qarşısı alınıb”, - A.Natiqoğlu deyib.

Onun sözlərinə görə, "Dopomoqa" fonduna da Şamil Quliyev rəhbərlik edir.

Bu fond yerli sakinləri və ukraynalı məcburi köçkünləri geyim, ərzaq, gigiyena vasitələrilə təmin edir.



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top