Bayram günlərində qidadan zəhərlənənlər olub

GÜNDƏM 21 mart 2025, 10:45
Bayram günlərində 12 nəfər qidadan zəhərlənib.

Demokrat.az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bildirib.

"Bayram günlərində (18.03.2025-ci il tarixindən 21.03.2025-ci il tarixinə qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 12 nəfər qəbul edilib.

Onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.

Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb", - o qeyd edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 mart 2025, 22:57
Top