Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, dörd nəfər xəsarət alıb.
Demokrat.az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Hyundai" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Hadisə zamanı Ordubad rayonu, Qoşadizə kənd sakinləri - 1989-cu il təvəllüdlü Tural Bəşir oğlu Tağıyev, həyat yoldaşı Əsmər Baxışəli qızı Tağıyeva, övladları 2016-cı il təvəllüdlü Vüqar Tural oğlu Tağıyev və Səma Tural qızı Tağıyeva xəsarət alıblar.
Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri ağırdır.