Rusiya Dövlət Duması Leninqrad döyüşünün bitmə tarixini Hərbi Şöhrət Günü kimi tanıyan qanun layihəsini qəbul edib.
Demokrat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki , müvafiq sənəd Rusiya prezidenti Vladimir Putin tərəfindən baxılmaq üçün Dövlət Dumasına təqdim edilib. Sənəd “Rusiyada hərbi şöhrət günləri və yaddaqalan tarixlər haqqında” qanuna dəyişiklik təklif edir və 9 avqustu Leninqrad döyüşünün (1944-cü il) başa çatdığı gün kimi müəyyən edir.
9 avqustun Hərbi Şöhrət Günü kimi tanınması Leninqrad döyüşünün hərbi-strateji əhəmiyyətini vurğulayacaq və Leninqrad müdafiəçilərinin şücaətini əbədiləşdirəcək.
Əfsanə Kamal
Demokrat.az