Sabirabad rayonunda 1985-ci il təvəllüdlü İbrahim şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Nəzakətə (adlar şərtidir – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 30 sentyabr 2024-cü ildə, saat 14 radələrində Sabirabad rayonunun kəndində baş verib. İbrahim yaşadığı fərdi yaşayış evində arvadı Nəzakəti həkim müayinəsinə aparmadığı səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə vuraraq ona xəsarətlər yetirib.
Hadisəni törədən İbrahimin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən İbrahim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Nəzakət onun həyat yoldaşıdır: “Onunla 2011-ci ildə ailə qurmuşam. Ailədə münasibətimiz normal olub. Aramızda heç bir münaqişə olmayıb. Nəzakətlə birgə təsərrüfatda yaşamışıq. Son 2-3 ildə Nəzakətin səhhətində problemlər yaranıb, səhhətində xərçəng xəstəliyi ortaya çıxdı. Bir neçə dəfə Bakı şəhərinə müalicəyə apardım. Son günlər imkanım olmadığından həkim müayinəsinə apara bilmədim”.
İbarahim qeyd edib ki, sentyabrın 30-da, saat 14 radələrində yaşadıqları evdə Nəzakət ilə mübahisələri yaranıb: “Bu zaman əsəbiləşərək Nəzakəti vurdum. Hazırda əməlimdən peşmanam. Nəzakət hazırda atası evində olsa da, barışmağa cəhd göstərmişəm. Hətta əməliyyat olunmasını eşidərək onunla bir neçə dəfə əlaqə saxlamışam, telefonla danışmışam. İnanıram ki, birgə nikahdan olan övladlarımın xatirinə ailəmiz bərpa olacaqdır”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Nəzakətin sözlərinə görə, İbrahimlə 2011-ci ildə ailə qurub, ailə qurandan sonra ailədə münasibətləri normal olub: “Bir müddət sonra münaqişələrimiz yarandı. İbrahimdən məhkəmə yolu ilə boşandıq. 4 il atam evində yaşamışam. Lakin İbrahim məndən əl çəkməyib, barışmağımızı istəyib. Azyaşlı uşaqlarıma görə barışmışam və İbrahimin atası evində yaşamağa davam etdik. Son vaxtlarda səhhətimdə xərçəng xəstəliyi yarandı. İbrahim məni həkim müayinəsinə aparmadığına görə birgə yaşadığımız evdə münaqişələrimiz oldu”.
Nəzakət qeyd edib ki, sentyabrın 30-da, saat 14 radələrində həkim müayinəsinə getməyə görə əri İbrahimlə mübahisələri olub: “Həmin gün təkrar İbrahimə həkim müayinəsinə getməyi bildirdim. İbrahim həkimə aparmayacağını, valdeyinlərimin aparmasını dedi, birgə yaşadığımız evdə mübahisələrimiz oldu. İbrahim mənim sol qulağımın üstündən, sol çiyin nahiyyəmdən yumruqlar vurdu. Saçımdan tutaraq döydü və sağ əli ilə boğazımdan yapışaraq boğdu. Həmin vaxt huşumu itirdim. Ayılandan sonra qayınanamı qarşımda gördüm. İbrahimin hərəkətlərinə dözə bilməyərək atam evinə getdim. Hadisəni atama danışdım. Bu səbəbdən də, atam Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdi. Sonra özüm də polis şöbəsinə ərizə ilə müraciət etdim”.
Bu cinayət işinə Sabirabad Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə İbrahim 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Hökmdə qeyd olunub ki, təyin edilmiş cəza müddəti ərzində İbrahimin üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulub.
Hökmün icrası təqsirləndirilən şəxsin qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.
Fariz Məlikli
Demokrat.az