Əkrəm İmamoğlu 4 gün həbsdə qalacaq

DÜNYA 19 mart 2025, 15:12
İstanbulun saxlanılan meri Əkrəm İmamoğlu dörd gün həbsdə qalacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

"Əkrəm İmamoğlu və onunla birlikdə saxlanılan şəxslər dörd gün ərzində polis nəzarətində qalacaqlar", - “CNN Türk” telekanalı mənbələrə istinadən bildirib.

Baş Prokurorluq ona və 100-dən çox şəxsə qarşı korrupsiya, rüşvətxorluq və terrorçularla əməkdaşlıqla bağlı ittihamlar irəli sürür.

İstanbulun bir sıra mərkəzi küçələrində, xüsusilə Polis Baş İdarəsinin binası qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib.

İstanbul Birjasının əsas indeksi olan BIST 100 Ə.İmamoğlunun saxlanılması xəbərləri fonunda 6,87 % dəyər itirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top