Son zamanlarda estetik cərrahiyyə əməliyyatından sonra ölən və mənfi fəsadlarla üzləşənlərin sayı artıb. Fevralın 27-də Bakı şəhərində “Etalon hospital”da liposaksiya əməliyyatı etdirən Sumqayıt sakini vəfat edib. 34 yaşlı Pərvanə Mirzəyevanın əməliyyatdan bir neçə gün sonra ölümü qeydə alınıb.
Bu, ilk belə hal deyil. Belə görünür ki, sonuncu da olmayacaq. Çünki Səhiyyə Nazirliyi də estetik əməliyyatla bağlı insanlara, xüsusilə, qadınlara çağırış etsə də hər gün bu əməliyyatların sayı artır.
Bəs maraqlıdır ki, qadınları buna vadar edən nədir və ya kimlərdir? Qadınlarda gözəllik kompleksi nədən yaranır?
Mövzu ilə bağlı Demokrat.az- a açıqlama verən psixoloq Sibel Piriyeva bildirib ki, estetik əməliyyatlar insanların xarici görünüşünü dəyişdirmək və ya “təkmilləşdirmək” məqsədilə aparılan tibbi müdaxilələrdir:

“Bu əməliyyatlar həm tibbi, həm də psixoloji səbəblərlə həyata keçirilə bilər.Səbəbsiz və sayısız estetik əməliyyat etdirmək insanın psixoloji narahatlıq yaşadığını göstərə bilər. Psixologiyada bu hal "bədən dismorfik pozuntu" (BDP) adlanır. BDP insanın görünüşündə nəzərə çarpmayan və ya çox kiçik qüsurların üzərində həddindən artıq düşünməsi ilə xarakterizə olunur. Bu pozuntunun əsas simptomları arasında güzgü qarşısında saatlarla öz görünüşünü incələmək, estetik əməliyyatlar haqqında daimi düşünmək, bədənin müəyyən hissəsini gizlətməyə çalışmaq, özünü çirkin hesab etmək və sosial mediada başqaları ilə özünü müqayisə etmək yer alır. Bu simptomlar insanın gündəlik həyatına ciddi mənfi təsir göstərə bilər. BDP-nin yaranmasına sosial, psixoloji və bioloji səbəblər təsir edir. Psixoloji səbəblər arasında uşaqlıq travmaları, özünə inamsızlıq və dəyərsizlik hissi qeyd edilə bilər. Sosial səbəblərə isə cəmiyyətin gözəllik standartları və sosial media təsirləri daxildir. Bioloji səbəb isə beyində serotonin balanssızlığı ilə əlaqələndirilir”.
Leyla Turan
Demokrat.az