Vətəndaşlar tur seçərkən şirkətin ofisinin olub-olmamasına diqqət etməlidir. Bu gün insanlar etibar üzərindən işləyirlər. Qiymət fərqi olmamasına baxmayaraq insanlar tanış şəxslərə müraciət edib, riskə getmək istəmirlər. Çünki çox ucuz tur təklif edən şirkətlərin şübhəli tərəfləri olur. Bəzi insanlar sosial şəbəkələrdə səhifə açaraq, nömrə qeyd edirlər. Həmin nömrələr vasitəsilə insanlarla danışır, ödəniş tələb edirlər. Daha sonra nömrələyə zəng çatmır, səhifənin adı dəyişir və.s kimi hallar yaşanır. Tur üçün müraciət edən şəxslər etibar etdikləri şəxslərə və köklü şirkətlərə müraciət etməlidirlər. Nazirlikdə tur üçün rəsmi qeydiyyatda olan şirkətlərin adları var.
Bu sözləri Demokrat.az-a açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.
"Təhlükəsizlik məsələləri barəsində ən diqqət etməli məqam sığorta məsələsidir. İstər xarici, istərsə də daxili səfərlərdə sığorta tələb olunmalıdır. Sığorta ona görə vacibdir ki, hadisə baş verəcəyi halda dəyən ziyan konpensassiya edilə bilsin. Daxili turlardan söhbət gedirsə, nəqliyyat xidmətinin təhlükəsizliyinə baxılmalı, otellərin yerləşdiyi yerlərə diqqət edilməlidir".
Əfsanə Kamal
Demokrat.az