Fitso: "Ukraynaya bir sent belə göndərməyəcəyəm"

DÜNYA 17 mart 2025, 21:14
"Slovakiya hökuməti Ukraynaya hərbi yardım üçün bir sent belə vermək fikrində deyil".

Oxu.Az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso "Facebook" sosial şəbəkə səhifəsində yazıb.

"Slovakiya Ukraynada heç bir hərbi missiyada iştirak etməyəcək və ona hərbi yardım üçün bir sent belə göndərməyəcək", - deyə o bildirib.

Eyni zamanda, R.Fitso Ukrayna və Slovakiya hökumətlərinin birgə iclasının təşkil edilməsini dəstəkləyib.

Onun fikrincə, müvafiq görüşdə müzakirənin əsas mövzusu hər iki dövlət üçün sərfəli olan layihələrin həyata keçirilməsi ola bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top