Serbiya etirazlar zamanı qadağan olunmuş cihazdan istifadə edib

DÜNYA 17 mart 2025, 19:48
Serb Təhlükəsizlik və İnformasiya Agentliyi təhlükəsizlik qüvvələrinin Belqradda keçirilən son etirazlarda izdihamı dağıtmaq üçün səs topundan istifadə etdiyini inkar edir.

Demokrat.az xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.

Agentlik bildirir ki, heç kim belə vasitədən istifadə etməyib, kəşfiyyat xidmətinin sərəncamında heç vaxt belə bir cihaz olmayıb.

Bu gün Serbiya müxalifəti Belqradda  Novi Sad dəmiryol vağzalında baş vermiş insidentlə bağlı keçirilən etiraz aksiyasında səs topunun istifadəsi ilə bağlı BMT- yə müraciət etmək niyyətində olduğunu  bəyan edib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top