"Qızımın atası da, anası da özüməm!" — Aysun

ŞOU-BİZNES 15 mart 2025, 12:12
Müğənni Aysun İsmayılova "7 Tamam" verilişində ayrıldığı həyat yoldaşı ilə qızının münasibətlərindən danışıb.

Demokrat.az AZXEBER.COM-a istinadən xəbər verir ki, sənətçi ayrlılıq ərəfəsində olduğu həyat yoldaşının qızını görmədiyini bildirib.

O, qızına həm ata, həm də ana olduğunu deyib:

"Nənə və babayla danışır da, görüşür də. Amma atası ilə görüşmür. İstəsə, görüşər. Uşağımın atası da, anası da özüməm. Nə qədər küskünlük olsa da övlad övladdır. Nə zaman istəsə, övladını görə bilər. İstəmərəm ki, övladım mənim həyatımı yaşasın, atasız böyüsün. Övladımın atasıdır, haqqında pis nəsə demərəm. Dayələri də tanıyır, nömrəsini də bilir. Nə vaxt istəsə övladını görə bilər".

Qeyd edək ki, Aysun İsmayılova vəkil həyat yoldaşı Ramil Vəliyevdən yanvar ayında ayrıldığını açıqlayıb.

Cütlüyün bir qız övladı var. 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 mart 2025, 13:47
Top