SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov mart ayı üzrə vətəndaş qəbulunu Cəlilabad rayonunda keçirib.
Demokrat.az xəbər verir ki,Cənub bölgəsinin müxtəlif rayonlarından 100-ə yaxın vətəndaşın iştirak etdiyi görüşdə ümumilikdə 72 müraciət dinlənilib.
Əsasən fərdi qazlaşma, kənd və yeni yaşayış massivlərinə küçə qaz xətlərinin çəkilişi və işə qəbul ilə bağlı məsələlər ön plana çıxıb. Azər Məmmədov, hər bir müraciətə ətraflı izahat verərək, problemlərin həlli istiqamətində tədbirlərin görüləcəyini bildirib. Bəzi məsələlərin yerində araşdırılması üçün Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.
Bu cür vətəndaş qəbulunun keçirilmesi, bölgə sakinlərinin qaz təchizatı ilə bağlı yaşadıqları çətinliklərin həllinə mühüm töhfə verir.