Martın 14-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Nazirlikdən Demokrat.az-a bildirilib ki, tədbir çərçivəsində reallaşan ilk panel iclas “Qədim insan yaşayış məskənləri – mədəni irsin beşiyi kimi” mövzusuna həsr olunub.
Mədəniyyət Nazirliyinin sektor müdiri Araz Bağırlının moderatorluğu ilə gerçəkləşən panel iclasında İslam Dünyası İrsi Mərkəzinin direktoru Vebber Ndoro əsas məruzəçi kimi çıxıb edib.
Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, Qazaxıstanda Elmi Bərpa Laboratoriyasının yaradıcısı və rəhbəri, akademik, rəssam-bərpaçı Krım Altınbekov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev və Portuqaliyanın Tomar Politexnik Universitetinin professoru Sara Qarses mövzu ətrafında müzakirələr aparıblar.
Müzakirələr çərçivəsində mövcud beynəlxalq mexanizmlər və milli səylər nəzərdən keçirilib, ən yaxşı təcrübələr və təkmilləşdirilməli sahələr müəyyən edilib.