Ekspert: "Donu açılmış ət məhsulları qısa zamanda istehlak edilməlidir"

GÜNDƏM 13 mart 2025, 17:04
"Qidaların dondurularaq saxlanılması ən qədim və ən çox istifadə edilən üsullardan biridir. Dondurulmuş saxlama üsulu qidanın təbii dadının, görünüşünün və qida dəyərinin ən yaxşı şəkildə qorunmasını təmin edir.  Dondurulmuş qidalarda mikroorqanizmlərin inkişafı dayanır, qidaların strukturunda təbii olaraq olan fermentlərin fəaliyyəti və kimyəvi reaksiyalar ləngiyir".

Bu sözləri Demokrat.az-a açıqlamasında qida mühəndisi, nutrisoloq Fərid Səfərov deyib. 

"Dondurulmuş qidaların keyfiyyəti həm də ərimə və dondurma prosesi ilə sıx bağlıdır.    Dondurulmuş ət məhsullarının da hansı şəraitdə dondurulması və alandan sonra necə saxlayacağımız çox önəmlidir. Dərin dondurucuda dondurulmuş qidalarda mikroorqanizmlərin inkişafı dayanır və əridikdən sonra çoxalma sürətlə yenidən başlayır. Ona görə də artıq ərimiş ət məhsullarını uzun müddət saxlamaq və ya yenidən dondurmaq olmaz.Yaxşı olar ki, mal əti, toyuq və ya balıq əti əridikdən sonra bir və ya iki gün ərzində istehlak edilsin".

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 mart 2025, 18:33
13 mart 2025, 17:53
Top