
Beyləqanda baş verən qəzanın təfərrüatı məlum olub.
Bu barədə Daxil İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a məlumat verib.
"Martın 12-də saat 17:00-da Füzuli rayonu, Əhmədbəyli kənd sakini Qəhrəman Qurbanov idarə etdiyi VAZ-2115 markalı avtomobillə Daşburun-Yuxarı Qarabağ avtomobil yolunun Allahyarlı kəndi ərazisindən keçən 25-ci kilometrliyində hərəkətdə olarkən qarşıdan gələn Beyləqan rayon sakini Hüseyn Bəndalızadənin idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə toqquşub.
Qəza nəticəsində Qəhrəman Qurbanovun sərnişini, Füzuli rayonu, Zobçuq qəsəbə sakini 1999-cu il təvəllüdlü Ravin Mübah oğlu Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır", - deyə Mübariz Ağayev məlumatda qeyd edib.