ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi — MİNGƏÇEVİRDƏN FOTOLAR

SİYASƏT 11 mart 2025, 14:05

Bu gün Mingəçevir Gənclər Evində Azərbaycan-Slavyan Gəncləri Assosiasiyanın yaratdığı AzeArt.az saytının təqdimatı keçirildi. Sayt Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaradılıb. Tədbirdə QHT, media nümayəndələri, mədəniyyət idarələrinin əməkdaşları, Mingəçevir Dövlət Unjversitetinin müəllim-tələbə heyəti və gənclər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media ekspert Səbuhi Abbasov bu layihənin sözügedən sahədə ilk dəfə olaraq reallaşdığını deyib: ""AzeArt” interaktiv məlumat mərkəzinin yaradılması mədəniyyət sahəsinin təbliği baxımından olduqca zəruridir. Bu layihə ölkədə bir ilkdir və yerli əhalidən əlavə xarici turistlər üçün də cəlbedici olacaqdır. Bu layihə daha çox mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər istiqamətərinə uyğundur. Layihəmizi dəstəklədiyinə və göstərilən etimada görə Mədəniyyət Nazirliyinə təşəkkür edirik"

Sonra Mingəçevir Şəhər İcra Hakimiyətinin rəsmisi Tafyel Şükürov çıxış edərək ŞİH başmısı İlham İsmayılovun salamlarənı tədbir iştirakçılarına çatdırdı. T.Şükürov bu kimi layihələrin Mingəçevirdə keçirilməsinin böyük əhəmiyyət daşıdığını dedi. 

Daha sonra tanınmış telejurnalist İnqilab Şirinli çıxış edərək layihənin əhəmiyyətindən danışdı. İ.Şirinli bu kimi innovativ layihələrin ölkəmizin tanıdılmasında böyük əhəmiyyət daşıdığını dedi: "Mən, eyni zamanda, təklif edirəm ki, bu saytda Qərbi Azərbaycan, Güney Azərbaycan, Zəngəzur bölmələri də açılsın, ordakı abidələrimiz də bu innovativ kataloqa əlavə edilsin"

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin icraçı direktoru Yeganə Nəbiyeva isə çıxışında bu kimi həllərin gənclər üçün çox vacib olduğunu dedi: "Bu saytı dərindən incələdim, çox xoşuma gəldi. Unutduğum və ya bilmədiyim abidələri bu saytda gördüm. Təkliflərim var, hesab edirəm ki, saytda fotoqalereya olsa çox gözəl olar.  Həmçinin, bəzi yazılarda şriftlər böyük, bəzilərində balacadır, xırda nüanslardır, ancaq düzəlsə yaxşı olar. 

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallara cavab verilib.

 
















 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top