Nazir general Raul Zeynalovun yerinə onu təyin etdi

SİYASƏT 11 mart 2025, 13:25
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini - qərargah rəisi vəzifəsinə yeni təyinat olub. 

Nazir general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə  Mülki müdafiə qoşunlarının “N” saylı hərbi hissəsinin alay komandiri polkovnik Xaliq Hüseynov Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərargah rəisi vəzifəsinə təyin olunub. 

Qeyd edək ki, Xüsusi Riskli Xilasetmə Xidmətini rəisinin birinci müavini - qərargah rəisi FHN-nin ən gənc generallarından olan general-mayor Raul Zeynalov bir müddət bundan əvvəl vəzifəsindən azad edilib. (Manset.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
11 mart 2025, 20:10
Top