Qazaxıstanda Azala məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində qəhrəmancasına həlak olan bələdçi Hökumə Əliyevanın adının əbədiləşdirilməsi istiqamətində addım atılıb.
Zirehli texnika istehsalı üzrə ixtisaslaşan şirkətdə tibbi təyinatlı Arlan maşınlarında “By Hokumə Aliyeva” seriyası təqdim edilib. Görüntü ötən il dekabrın 25-nə, səs isə Hökumə Əliyevaya məxsusdur. Bütün dünyaya səs salan qəza nəticəsində 38 nəfər həlak oldu. Faciə Qazaxıstan üçün isə ikiqat zərbə idi, çünki hadisə zamanı təyyarədə olan vətəndaşlarından heç biri xilas olmadı. Qəzadan sağ çıxanların olması “möcüzə” adlandırıldı. Bu möcüzəni yaradanlar da məhz ekipaj üzvləri, onların peşəkarlığı idi. Həmin möcüzənin müəlliflərindən biri də baş bələdçi Hökümə Əliyevadır.
Milli Qəhrəmanımızın adı hər yerdə qürurla vurğulanır və qadın gücünün, cəsarətinin, şücaətinin rəmzi kimi qarşılanır. Qazaxıstanda zirehli texnikanın istehsalı və silah sistemləri mühəndisliyi sahəsində fəaliyyət göstərən şirkətin qurucusu Aybek Barısov da bundan ilhamlanaraq məşhur “Arlan” zirehli maşınlarında “BY HOKUMA ALIYEVA” seriyasını təqdim edib.
Aybek Barısov - “Kazakhstan Paramount Engineering və Weapon Systems Engineering” şirkətinin qurucusu: Gördüyünüz avtomobil əslində Müdafiə Nazirliyi üçün hazırlanmışdı. Bizim Müdafiə Nazirliyimiz bu avtomobili BMT-nin sülhməramlı missiyası üçün Qolan Yüksəkliklərinə göndərib. O vaxt biz düşündük ki, bu zirehli təcili tibbi yardım maşını olmalıdır. Təyyarənin salonunda lentə alınanları hamımız gördük və Hökümə Əliyevanın peşəkarlığına heyran qaldıq. Onun vəzifəsini o an belə qorxmadan icra etməsini heyrətlə izlədik. Bu hərbi avtomobilin əsas funksiyası həyatı xilas etməkdir, buna görə də başqa heç nə ağıla gələ bilməzdi. Çoxfunksiyalı avtomobilin adı Arlandır. Hərbi təkərli avtomobildir, amma tibbi funksiyaları olanlar Hökümə Əliyeva adı ilə istehsal olunacaq. Hərbi avtomobilin üzərində xüsusi işləmə ilə Hökümə Əliyevanın adı həkk olunub. "Arlan" zirehli maşınlarının uzunluğu 6,5 m, gövdə eni 2,66 m və hündürlüyü (damda, silah nəzərə alınmadan) – 2,75 m, yükdaşıma tutumu - 13,5 tondur. Zirehli avtomobilin sürəti saatda 100 km-ə çatır. Tam ötürücülü şassi müxtəlif maneələrin aradan qaldırılmasını təmin edir. Çətin relyefli və dağlıq ərazilərdə hərəkət edə və müxtəlif maneələri, o cümlədən 1,2 metr dərinlikdə çayı keçə bilir. Elə bu səbəbdən İkinci Qarabağ müharibəsində də bu nəqliyyat vasitələri böyük rol oynayıb.
Bu maşınlar Azərbaycana Marauder adı ilə çatdırılmışdı. Marauderin 60 ədədini göndərmişdik, yanılmıramsa, 30-dan çoxu aktiv istifadə edilirdi. Hətta bu maşınların tank əleyhinə minalarda itki vermədən partlamasına dair görüntülər də var idi. O baxımdan bu maşınlar çox dayanıqlıdır. Konstruksiyası MRAT-dır, yəni çox yüksək mina və ballistik qorunması var.
Avtomobil 12,7 mm-lik qüllələrdən qorunur. Maşının alt hissəsi V-şəkillidir, 8 kq trotil ekvivalenti olan partlayıcı qurğunun partlamasına qarşı dözümlüdür. Hətta təkər belə eyni miqdarda partlayıcı maddə tətbiq edildikdə partlayışa dözə bilir. Şirkətin qurucusu məhz bu dözümlülüyünə görə avtomobilə iradəsi, qorxmazlığı və cəsarəti ilə fərqlənən Hökümə Əliyevanın adını verib. Deyir qoy Hökümə Əliyeva qəhrəmancasına həyatları xilas etdiyi kimi, bu avtomobil də onun mərdliyinin nümunəsi kimi bu missiyanı yerinə yetirsin.