Teleqram bloklandı

SOSİAL MEDİA 08 mart 2025, 17:53
Dağıstanın rəqəmsal inkişaf naziri Yuri Qamzatov “Telegram” messencerinin informasiya təhlükəsizliyi problemləri səbəbindən bloklandığını bildirib.
 
Demokrat.az
xəbər verir ki, bu barədə “The Insider” nəşri yazıb.

Qamzatovun sözlərinə görə, Dağıstanda “Telegram”ın bloklanması barədə qərar hüquq-mühafizə orqanlarının təklifi əsasında federal səviyyədə qəbul edilib. Təhlükəsizlik təhdidlərinə misal olaraq, Qamzatov 2023-cü ilin oktyabrında Mahaçqala hava limanında baş vermiş anti-İsrail xarakterli hücumu xatırladıb.

Nazir “Telegram”a alternativ kimi dağıstanlılara “Vkontakte”dən istifadə etməyi təklif edib.

Xatırladaq ki, 2023-cü il oktaybrın 31-də Təl-Əvivdən uçan təyyarənin Mahaçqalaya çatması ilə bağlı məlumatlar “Dağıstan Səhəri” adlanan Telegram kanalında paylaşılıb. Kanal izləyicilərini “yəhudi qonaqları” qarşılamağa çağırıb. Bu çağırışdan sonra yüzlərlə gənc Fələstin bayraqları ilə birgə hava limanına axın edərək yəhudi sərnişinlərə hücum etməyə çalışıblar. Baş verən iğtişaşlar zamanı 60-a yaxın insan həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top