Cənubi Koreya prezidenti həbsdən azad edilib

DÜNYA 07 mart 2025, 12:16
Cənubi Koreyanın impiçment edilmiş prezidenti məhkəmənin qərarından sonra həbsdən azad edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Bildirilir ki, Yun Sok Yol Seul məhkəməsinə müraciət edərək, dekabrın 3-də hərbi vəziyyət elan edilməsi ilə bağlı ittiham aktının qanunsuz olduğunu iddia edib. Məhkəmə onun müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, Y.S.Yol ötən il dekabrın 3-də verdiyi hərbi vəziyyət fərmanı ilə əlaqədar üsyanda ittiham olunaraq, yanvar ayında həbs edilmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 mart 2025, 08:30
Top