Azərbaycanda FACİƏ: Ana və iki övladı dəm qazından boğularaq öldü — Atanın vəziyyəti ağırdır

HADİSƏ 08 mart 2025, 23:33
İmişli rayonunda bədbəxt hadisə baş verib.

Demokrat.az-ın "Report"a istinadən verdiyi məlumata görə, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

XXX
23:03

İmişli rayonunda dəm qazından ölənlərin şəxsiyyəti məlum olub.

Demokrat.az "Report"a istinadla xəbər verir ki, hadisə nəticəsində ailənin xanımı Mehriban İdris qızı Azadova, onun övladları Məhəmməd Vasif oğlu Azadov və Fatimə Vasif qızı Azadova ölüblər.

Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırmalar davam etdirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top