Zelenski Səudiyyə Ərəbistanında ABŞ ilə danışıqlarda iştirak etməyəcək

DÜNYA 09 mart 2025, 00:15
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ nümayəndələri ilə martın 11-də Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak etməyəcək.

Demokrat.az xəbər verir ki, bu barədə o, özünün "X" hesabında məlumat verib.

"Gələn həftə Səudiyyə Ərəbistanına səfərlə başlayacağam. Ukraynanın diplomatik və hərbi nümayəndələri çərşənbə axşamı ABŞ nümayəndələri ilə görüş üçün qalacaq. Ukrayna nümayəndə heyətinə Andrey Yermak, Andrey Sibiqa, Rustem Umerov və Pavel Palisa daxil olacaq", - Zelenski yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top