Türkiyə sularında 50 qanunsuz miqrant saxlanıldı

DÜNYA 09 mart 2025, 09:57
Egey dənizinin Türkiyənin ərazi sularına daxil olan hissəsində 50 qanunsuz miqrant saxlanılıb.

Demokrat.az xəbər verir ki, miqrantlar bölgədə patrul aparan Sahil Mühafizəsi Xidmətinin gəmi heyəti tərəfindən Türkiyənin İzmir vilayətinin Çeşmə və Karaburun rayonları sahillərinə yaxın bölgədə ələ keçiriliblər.

İki rezin qayıqda aşkarlanan bu miqrantlardan 22-nin azyaşlı olduğu müəyyən edilib. Miqrantlar aidiyyatı qurumlata təhvil veriliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top