“ABŞ Ukraynanı "Starlink" peyk rabitə sistemindən ayırmaq niyyətində deyil, bunsuz Kiyev münaqişəni uduzardı”.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio X sosial şəbəkəsində məlumat verib.
O, Polşanın xarici işlər naziri Radoslav Sikorskinin ölkəsinin Rəqəmsallaşdırma Nazirliyinin “Ukrayna üçün "Starlink"ə ildə təxminən 50 milyon dollar ödədiyini” iddia edən bəyanatını şərh edib: "Siz sadəcə uydurursunuz. Heç kim Ukraynanı "Starlink"dən ayırmaqla hədələməyib. Siz minnətdar olmalısınız, çünki "Starlink" olmasaydı, Ukrayna bu müharibəni çoxdan uduzardı və ruslar indi Polşa ilə sərhəddə olardılar", - ABŞ dövlət katibi vurğulayıb.
Daha əvvəl İlon Mask bəyan etmişdi ki, "Starlink" Ukrayna ordusunun dayağıdır və söndürülsə, Ukraynanın bütün cəbhə xətti dağılacaq.