Sürücüsü olmayan avtobusun qəzaya uğramasının səbəbi açıqlandı

HADİSƏ 07 mart 2025, 11:49
Bakıda marşrut avtobusunun maneəyə çırpılması texniki nasazlıq səbəbindən baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, martın 7-də Neftçilər prospektində qəzaya uğrayan "Daewoo" markalı 10-TG-753 nömrəli avtobus "Fidan" MMC-yə məxsusdur. İlkin araşdırmalara görə, hadisənin avtobusun texniki nasazlığı səbəbindən baş verdiyi məlum olub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

"Sərnişindaşıma xidmətinin texniki tələblərinə cavab verməyən avtobusları istismar edən daşıyıcıdan izahat alınıb. Qeyd edək ki, 53 nömrəli marşrut xətti müsabiqəyə çıxarılacaq və avtobuslar yeniləri ilə əvəzlənəcək. Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun olaraq təşkil edilir", - məlumatda qeyd olunub.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
09 mart 2025, 08:30
Top