Şəmkirdə kütləvi dava: 4 nəfər saxlanıldı

HADİSƏ 08 mart 2025, 16:03
Şəmkir rayonunun Dəllər qəsəbəsində kütləvi dava baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunundan Demokrat.az -a bildirilib ki, faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, müvafiq ekspertiza təyin olunub.

“O. Məmmədova müxtəlif bədən xəsarətləri yetirməkdə şübhəli bilinən 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”, - Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top