Politoloq: "Türkiyə ilə yeni qaz kəməri anlaşması olduqca strateji layihədir"

GÜNDƏM 05 mart 2025, 16:36
"Azərbaycanla Türkiyə arasında imzalanmış qaz anlaşması münasibətlərin göstəricisidir. Naxçıvan ərazisindən çəkilən qaz kəməri ilə Naxçıvanın qazla təminatını asanlaşdıracaq. Nəzərə alsaq ki, bu kəmərin illik ötürmə qabiliyyəti illik 700 milyon kubmetr təşkil edir, bu, olduqca strateji layihədir".

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. 

Politoloq bildirib ki, eyni zamanda Naxçıvanın qazla təminatının Türkiyə ərazisindən təmin olunması iki dövlət arasında müttəfiqlik münasibətlərinin səviyyəsini bir daha göstərir:

"Bu gün də Azərbaycan Prezidentinin Türkiyə səfəri həm də bu məsələ ilə bağlıdır. Hər iki ölkənin prezidenti yaxın zamanda işə düşəcək  bu layihənin açılış mərasimində iştirak edəcək. Şübhəsiz ki, bu, bizim münasibətlərimizin inkişafı üçün çox önəmli hadisədir".

Qeyd edək ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi"ni təsdiq edib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top