“Bütün dünyada varlı insanlar digər insanlardan kənarda yaşayır, kənarda təhsil alır, işləyir və s. Yəni təmas bir o qədər güclü olmur. Ona görə ABŞ-da, Avropada şiddətli bir ziddiyyət yoxdur, nifrət yoxdur. Təmas olmadığı üçün. Amma postsovet ölkələrində varlı insanlara qarşı xoşagəlməz münasibət var. Bunun da kökü sovet vaxtına gedib çıxır”.
Bunu Demokrat.az-a açıqlamasında 4 çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev deyib.
O qeyd edib ki, artıq bazar iqtisadiyyatı mövcuddur və müəyyən şəxslərin sürətlə varlanması normal haldır:
“Bir də görürsünüz, kasıb bir regionda birdən-birə 3-4 mərtəbəli evlər tikirlər, bahalı maşınlar alırlar. Əgər bunlar xüsusi statusu olan insan deyillərsə, təbii ki, insanlar şübhə ilə baxır. Bu "ləkə" artıq götürülüb, insanlar varlılara normal formada baxırlar. Həmin o imkanlı adamlar öz həyat tərzini nümayiş etdirməsə, yekəxana olmasa, cəmiyyət onları normal qəbul edir.
Bazar iqtisadiyyatıdır. Bu gün istənilən adam — savadı, ixtisası, peşəsi olan adam Azərbaycanda kifayət qədər sürətlə varlana bilər. Bu gün elə oğlanlar tanıyıram ki, kriptovalyuta ilə iş görürlər, xüsusi proqramlar yaradırlar. Belə mütəxəssis azı 35-40 min manat qazana bilər”.
Cavidan Mirzəzadə
Demokrat.az