Zabit Nəbizadə ilə görüş keçiriləcək

MƏDƏNİYYƏT 03 mart 2025, 16:55
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə "Sənətkarın dostu" layihəsi çərçivəsində Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Zabit Nəbizadə ilə görüş keçiriləcək. Qax Mədəniyyət Mərkəzində baş tutacaq görüşdə muğam sənətinin tədrisi, muğam ifaçılığı, konsert yaradıcılığı, istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılması mövzularında söhbət aparılacaq. Müxtəlif muğam kompozisiyaları təqdim olunacaq.

Tarix: 05.03.2025
Saat: 14:00
Məkan: Qax Mədəniyyət Mərkəzi

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top