Tərtərdə minik avtomobili traktora çırpıldı – Ölən var

HADİSƏ 11 noy 2019, 22:24

Tərtərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

 

Demokrat.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarağacı kəndi ərazisində qeydə alınıb. 

 

Bakı şəhər sakini Rəşid Əlizadə idarə etdiyi “VAZ-21901” markalı avtomobili qarşıda gedən kənd sakini Vüqar Hüseynovun idarə etdiyi “Belarus” markalı traktorun qoşqusuna çırpıb.  

 

Nəticədə “VAZ-21901”in sərnişini, Ağcabədi rayon sakini Səyyarə Məhərrəmova hadisə yerində ölüb. 

 

Faktla bağlı araşdırma aparılır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top