Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-yə ölkəsinin heç bir borcu olmadığını və bu məsələni zamanında Baydenlə həll etdiyini bildirib.
Zelenski qeyd edib ki, ABŞ-də prezident dəyişikliyi onun günahı deyil və Ukrayna ABŞ-dən borc almayıb. Onun sözlərinə görə, verilən vəsait sadəcə dəstək paketi olub. Lakin yeni administrasiya Ukraynaya maliyyə və hərbi yardımları məhdudlaşdırmağa başlayıb. Bu vəziyyət Ukraynanın müharibə strategiyasına və geopolitik mövqeyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirib ki, Zelenskinin dediklərinə ayrı-ayrı toxunsaq, kifayət qədər haqlıdır:
“Doğrudan da, bu gün Ukraynanın ABŞ-yə heç bir borcu yoxdur. Trampın əslində, Ukraynadan nə isə tələb etməyə haqqı yoxdur. Birincisi, bu yardımı edən Trampdan əvvəlki hakimiyyət olub – Co Bayden hakimiyyəti. İndi Trampın durub Zelenskidən nə isə tələb etməsi, əslində, məntiqsizlik və ədalətsizlikdir. Yəni, bu tələb edilirsə, Baydendən tələb edilməlidir. İkincisi, ABŞ özü Ukraynanı dəstəkləməyi seçib. ABŞ özü deyir ki, "biz sizin arxanızdayıq, biz sizi dəstəkləyirik". Bəs niyə indi Ukraynadan nə isə tələb edilir? Necə olur ki, ABŞ başqa yerləri dəstəkləyəndə, başqa dövlətləri və bəzən də terrorçu qruplaşmaları dəstəkləyəndə heç onlardan nə isə ummur, indi isə Zelenskiyə "pulumuzu qaytar" deyir? Yəni, bu artıq ABŞ-nin riyakarlığının və dərin dövlətindəki riyakarlığın təzahürüdür. Doğrudan da, Tramp hakimiyyəti Ukraynaya dəstəyi azaltdı. Bugünkü mənzərə onu deməyə əsas verir ki, ABŞ Ukraynanı yarı yolda qoyacaq – artıq yarı yolda qoymağa başlayır. Ukraynanı danışıqlara, atəşkəsə məcbur edəcəklər”.
Kənan Novruzov onu da qeyd edib ki, Respublikaçılar Demokratların siyasətini davam etdirirlər:
“Sadəcə, onların fikrincə, artıq müharibəni dayandırmaq vaxtı gəlib və bunu Tramp edəcək. İstədiklərinə çatdılar – Rusiyanı zəiflətdilər, Şərqi Avropaya müdaxilə etdilər.
İndi də Ukraynanı tam yaralı vəziyyətdə qoydular və indi başlayacaqlar məcazi mənada danışmağa. Atəşkəsdən əvvəl Zelenskinin istefası mümkündür – onu istefaya məcbur edəcəklər. Bəlkə də özü könüllü istefa verəcək, çünki biləcək ki, atəşkəs razılaşmasına qol çəksə, xalq onu bağışlamayacaq. Yəni, Zelenskinin yerinə başqa bir adam gətirəcəklər, o da atəşkəs sazişinə qol çəkəcək və deyəcək ki, "məndən asılı deyildi, vəziyyət belədir və mən imzaladım". Zelenski böyük şahmat taxtasında piyada rolunu oynadı, təəssüf ki, öz zəfərini qazana bilmədi”.
Leyla Turan
Demokrat.az