Mask sağçı partiyanın uğurunu Avropada inqilab adlandırıb

DÜNYA 24 fevral 2025, 19:37
Mask Almaniya seçkilərindən sonra Avropada inqilab olacağını proqnozlaşdırıb. 

Mask "X" sosial şəbəkəsində 10,3 milyon insanın ifrat sağçı Almaniya üçün Alternativ (AfD) partiyasına səs verdiyini bildirən istifadəçinin paylaşımına şərh verib.

Paylaşımı edən şəxs bunu “inqilabın başlanğıcı” adlandırıb və Mask buna qısaca "bəli" cavabını verib. 

"Almaniya üçün Alternativ” partiyasının həmsədri Elis Vaydel bildirib ki, siyasi qüvvəsinin ikinci yeri tutduğu parlament seçkilərinin nəticələri ilə bağlı İlon Maskdan təbriklər alıb.

Almaniyada növbədənkənar parlament seçkiləri keçirilib. Fridrix Merzin mühafizəkar CDU/CSU bloku qalib gəlib. Radikal baxışları və anti-immiqrasiya ritorikası olan sağçı "Almaniya üçün Alternativ" partiyası tarixi nəticə ilə ikinci yeri tutub.

Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top