Deputat: Azərbaycan müstəmləkəçiliyin bütün formalarına qarşı mübarizəni davam etdirəcək

GÜNDƏM 24 fevral 2025, 19:25

Azərbaycan qlobal miqyasda müstəmləkəçiliyin bütün formalarına qarşı mübarizəni davam etdirəcək.

Bunu Milli Məclisin deputatı Pərvanə Vəliyeva Fransa müstəmləkələrindən olan media nümayəndələri ilə Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumu arasında keçirilən görüşdə deyib.

O qeyd edib ki, Bakı Təşəbbüs Qrupu (BTQ) qlobal platforma olaraq, koloniyaların səsini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır:

"Biz beynəlxalq təşkilatlarda məsələ qaldırır və BMT-nin diqqətini müstəmləkəçilik probleminə yönəltməyə çalışırıq. Ona görə Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvineyası, Martinik, Qvadelupa, Vallis və Futuna, Korsika, Reunion, eləcə də Mayotda (Qəmər Adaları İttifaqı) müstəqillik tərəfdarları, siyasi liderlər, deputatlar, ekspertlər və sair təşkilatların həm Azərbaycanda, həm də dünyada təşkil etdiyi tədbirlərdə fəal iştirak edirlər".

P.Vəliyeva əlavə edib ki, Azərbaycan qlobal miqyasda müstəmləkəçiliyin bütün formalarına qarşı mübarizəni davam etdirəcək:

"Çünki müstəqillik koloniyaların qanuni haqqıdır. Bunu tarixi ədalətin bərpası kimi də qiymətləndirmək olar".(Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top