Fevralın 20-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ və Rusiya rəsmiləri arasında Ukraynadakı münaqişəyə dair danışıqlar keçirilib. Bu görüşdə Ukrayna nümayəndələri iştirak etməyib. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, tərəflər səfirlik işçilərinin sayı və sülh danışıqları üçün yüksək səviyyəli komandanın yaradılması ilə bağlı geniş razılığa gəliblər.
Ukrayna Prezidenti Volodimir Zelenski bu danışıqlara dəvət olunmadığını və Ukraynanın iştirakı olmadan əldə edilən razılaşmaları tanımayacağını bəyan edib. O, Ukraynanın gələcəyi ilə bağlı hər hansı danışıqların Ukraynanın iştirakı olmadan mümkün olmadığını vurğulayıb.
Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən politoloq Samir Hümbətov bildirib ki, Rusiya və ABŞ arasında aparılan danışıqlarda Ukraynanın iştirak etməməsi və Avropa ölkələrinin bu danışaqlardan kənarda saxlanılması əlbəttə ki, nə Ukraynanı, nə də Avropanı qane edən məsələdir:
“Ukraynanın təxminən ay yarım öncə müqavilə bağladığı Böyük Britaniyanın da bu xoşuna gəlmir. Çünki Böyük Britaniya Ukrayna ilə münasibətlərinin 100 illik müqaviləsində təhlükəsizliyin təmin olunması istiqamətində bir razılaşma imzalayıb. Böyük Britaniya Ukraynanın əsas təminatçısı sayılır. Düşünmürəm ki, belə halda nəticə əldə etmək olar. Effektiv üsulla inandırıcı görünmür. Eyni zamanda, artıq mütəxəssislərin əksəriyyəti hesab edir ki, Rusiya küncə sıxışdırılmış vəziyyətdədir. İndiki halda bu proseslərdə Ukraynanın kənarda saxlanması, Ukrayna diplomatiyasına yer verilməməsi və Avropa diplomatiyasının bu məsələdə kənarda qalması qarşıdakı dövrdə bu problemin yenidən aktuallaşmasına gətirib çıxara bilər. Ən yaxşı halda, Ukraynanın, Avropanın və Türkiyənin bu prosesdə iştirakı qaçılmaz olmalıdır. Əks halda, biz Ukraynanın və digər diplomatiyanın kənarda saxlanmasını effektiv sülh əldə etmək üçün maneə kimi görə bilərik”.
Leyla Turan
Demokrat.az