ADY qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar təhlükəsizlik tədbirlərini həyata keçirir — FOTOLENT

SOSİAL 23 fevral 2025, 12:06
Azərbaycan Dəmir Yolları (ADY) tərəfindən qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar olaraq, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

ADY-dən Demokrat.az-a verilən məlumata görə, ölkə boyunca dəmiryol vağzal, stansiya və dayanacaqlarında sərnişin qatarlarının qarşılanıb yola salınması, piyada keçidi və körpülərinin, platformaların qardan təmizlənməsi, xüsusi örtüklü cığırların salınması üçün fasiləsiz iş görülür.

Bununla yanaşı, sərnişinlərin sürüşmə təhlükəsi ilə bağlı məlumatlandırılması üçün platformalarda təhlükəsizlik nişanları qoyulub.

Hər bir sərnişinin təhlükəsizliyi bizim üçün çox önəmlidir.

Hava şəraiti sabitləşənədək analoji tədbirlər davam etdiriləcək.





SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 fevral 2025, 16:08
Top