Bu il qəbul imtahanlarının ballarında artım gözlənilirmi? — VİDEO

SOSİAL 23 fevral 2025, 11:46
"Bu il prestijli ixtisaslarda ballar arta bilər".

Demokrat.az xəbər verir ki, bunu Xəzər TV-yə açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.

Ekspert bildirib ki, ötən illə müqayisədə bu il bəzi universitetlərin plan yerlərinin də artırılması nəzərdə tutulur.

Ekspert həmçinin onu da əlavə edib ki, plan yerlərinin artması ilə ballarda ciddi mənada dəyişiklik  gözlənilməsə də,  ötən ildəki kimi bəzi prestijli ixtisasların ballarında artım ola bilər.

Rizvan Fikrətoğlu onu da bildirrib ki, keçid balları hər il qəbul olunan tələbələrin sayı, ixtisaslar üzrə tələbat, tələbələrin imtahan nəticələri və ümumi təhsil sistemindəki dəyişikliklər əsasında müəyyən olunur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 fevral 2025, 16:08
Top