Hərbi ekspert: "Vətəndaşlarda hələ də çox sayda silah-sursat qalmaqdadır"

GÜNDƏM 21 fevral 2025, 14:27
"Nəzərə almaq lazımdır ki, Azərbaycan ağır müharibələr dövründən keçib. Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da müharibə zamanı mülki əhali silahlanıb. Silahı sevən insanların çoxu qanuni yoldan əldə etmək əvəzinə, bu yolla silah-sursat əldə edib, saxlayıb. Hətta birinci Qarabağ müharibəsindən belə bəzi vətəndaşlarda qalan silah-sursatlar var. Məsələyə real yanaşmaq lazımdır".

Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi ekspert Səxavət Məmməd deyib. 

"Hökumət birinci Qarabağ müharibəsindən sonra çoxlu sayda çağırışlar etdi. Hətta bildirildi ki, insanlar sadəcə yerin deməklə polisə müraciət edə bilər. Həmin ərəfədə hüquq mühafizə orqanları zibilliklərdən, meşələrdən, çay kənarlarından silah-sursat aşkar etdi. Silahların orada olunması bir yolla hüquq mühafizə orqanlarına çatdırılırdı, çünki heç kim məsuliyyətə cəlb olunmaq istəmirdi".

O bildirib ki, ikinci Qarabağ müharibəsindən sonra da belə hallar baş verir:



"Dövlət çağırış etsə də, insanlarda silah-sursat hələ də qalır. Belə hallar mətbuatda əks olunanlar kimi hadisələrdən ibarət deyil. İrili-xırdalı atışmalar olur. Hətta pulemyot satışı ilə bağlı belə polisə məlumat daxil olur. İnsanlar bu silahları sərhəddi keçərək tapıb gətirməyiblər. Başqa ölkələrdə silah satışı zamanı insanlar psixoloji və digər testlərdən keçirilir. Azərbaycanda silah alışı o qədər də asan olmadığı üçün insanlar qeyri-qanuni yola əl atırlar. Ona görə də bu cür hadisələr baş verir".

Qeyd edək ki, bir neçə gün öncə bölgələrimizdən birində qayınata gəlininə qumbara ataraq ona xəsarət yetirib.


Əfsanə Kamal
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top