Qəzada ölən müharibə iştirakçısının atası da eyni taleyi yaşadı — YENİLƏNİB

HADİSƏ 21 fevral 2025, 10:37
Xəbər verdiyimiz kimi, ötən gün Kürdəmirin Şilyan kəndindən keçən hissəsində avtomobilin kanala aşması nəticəsində Elşən Hacıyev və Cabir Əhmədov ölüb.

Demokrat.az  
"Unikal"a istinadən xəbər verir ki, qəzada ölən Cabir Əhmədovun oğlu da 3 il əvvəl yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib. 

Vətən müharibəsi iştirakçısı olan Yolçu Əhmədov 2022-ci ildə Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində baş verən qəzada həlak olub. 

Mərhum Y.Əhmədov “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

***10:03

Dünən saat 17 radələrində Kürdəmir rayonu Şilyan kəndi ərazisində ağır yol qəzası baş verib.


Demokrat.az xəbər verir ki, rayonun Xırdapay kənd sakini 1967-ci il təvəllüdlü Hacıyev Elşən Hacıbaba oğlunun idarə etdiyi “Mitsubishi L200” markalı avtomobil sürüşərək əkin sahəsinin içərisində olan su kanalına aşıb.

Nəticədə Elşən Hacıyev və avtomobildə olan sərnişin 1977-ci il təvəllüdlü Cabir Əhmədov kanalda boğularaq ölüb.

Faktla bağlı Kürdəmir RPŞ-də CM-nin 263.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
21 fevral 2025, 22:20
21 fevral 2025, 20:46
Top