49 yaşlı polkovnik-leytenant vəfat etdi

HADİSƏ 21 fevral 2025, 23:45

Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Azad Bağırov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda onun yaxınları məlumat yayıb.

Bildirilib ki, Gədəbəy rayonundan olan 49 yaşlı Azad Bağırov qəfil rəhmətə gedib.

Qeyd edək ki, A. Bağırov uzun illər Azərbaycan Ordusunda ön xəttdə kəşfiyyatçı kimi xidmət edib, Vətən müharibəsi iştirakçısı olub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top