Azərbaycanın son illərdə İtaliyadan sifariş etdiyi ikinci “C-27J NG Spartan” nəqliyyat təyyarəsi görüntülənib.
“X” istifadəçisi “Maron1918” tərəfindən edilən paylaşımda Azərbaycanın İtaliyadan sifariş etdiyi ikinci “C-27 NG Spartan” təyyarəsi yer alıb.
Yaxın vaxtlarda Azərbaycan Hərbi Hava Qüvvələrinə (HHQ) təhvil verilməsi planlaşdırılan “Leonardo” istehsalı olan “C-27J NG Spartan” nəqliyyat təyyarəsi 2023-cü ildə bağlanmış müqavilə çərçivəsində ikinci təyyarədir.
İlk təyyarə 2024-cü il iyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi mərasimlə Azərbaycan HHQ-yə təhvil verilib. Mərasimdə İtaliyanın müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli və “Leonardo” prezidenti Stefano Pontekorvo da iştirak ediblər.
https://i0.wp.com/cms.sofrep.com/wp-content/uploads/2024/06/Azerbaijan-Air-Force.jpg?fit=1920%2C1080&ssl=1&w=800
Müqavilə 2023-cü ilin iyununda imzalanıb
“Leonardo”nun 2023-cü il iyunun 8-də verdiyi açıqlamada qeyd edilib: “İtaliya və Azərbaycan arasında kommersiya əməkdaşlığı “C-27J Spartan” tədarükünə dair müqavilənin imzalanması ilə gücləndirilib”.
Razılaşmanı elan edən “Leonardo” təyyarələrin sayı, sövdələşmənin ümumi qiyməti və ya çatdırılma qrafiki ilə bağlı şərh verməməyi seçib. Sonrakı açıqlamalarda Azərbaycanın müqavilə çərçivəsində 2 nəqliyyat təyyarəsi tədarük edəcəyi açıqlanıb.
“Leonardo” vurğulayıb ki, İtaliya ilə Azərbaycan arasında ilkin olaraq enerji sektoru ilə bağlı olan əməkdaşlığa İtaliya Müdafiə Nazirliyinin işçi qrupunun töhfəsi sayəsində indi müdafiə sənayesi məhsulları daxildir.
Şirkət inkişafı getdikcə daha çox İtaliya sənayesinin məhsullarına üz tutan Azərbaycan Silahlı Qüvvələrinin hərtərəfli modernləşdirilməsi proqramının bir hissəsi hesab edir.
Hazırda Azərbaycan HHQ-nin inventarında cəmi 2 ədəd IL-76TD və 4 ədəd CASA CN-235 hərbi nəqliyyat təyyarəsi var.
Bu kontekstdə “Leonardo” tərəfindən Azərbaycan HHQ-yə 2 ədəd “C-27J NG Spartan” təhvil verilməsi ilə Azərbaycan hərbi nəqliyyat və logistik paraşütçü bölmələrinin hava-desant əməliyyatları kimi müxtəlif növ missiyalarda mövqeyini daha da gücləndirəcək.