
Bakı şəhəri, Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Demokrat.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial mediada paylaşılıb.
Görüntülərdə avtomobil ilə "BakuBus"a məxsus 108A nömrəli marşrut avtobusunun toqquşması əks olunub.
Hadisə ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında bildirib ki, qəza nəticəsində bir nəfər xəsarət alıb:
"Yanvarın 21-i saat 09:20-də 99-VN-004 dövlət nömrə nişanlı "Land Crusier" markalı avtomobil ilə 99-JU-924 dövlət nömrə nişanlı "BakuBus"a məxsus avtobus toqquşub. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır".