Səhiyyə Nazirliyinin plastik cərrahlar və stomotoloji klinikalarla bağlı yoxlamalara başlaması qərarını vacib hətta bir qədər gecikmiş qərar kimi qəbul edirəm. Azərbaycan mövcud qanunvericiliyinə uyğun olaraq həkim kimi ixtisaslaşmaq üçün ali tibb təhsilindən sonra müvafiq ixtisaslarda ixtisaslaşmaq üçün rezidentura təhsili almaq lazım olur. Bizim ali təhsil alan tələbələrimiz ölkə daxilində və ya xaricində rezidentura təhsili alır, təcrübə toplayırlar. Yalnız bundan sonra tam ali təhsilli həkim olaraq dövlət səhiyyə ocaqlarında və özəl klinikalarda işləmək hüququ qazanırlar. Bütün bunlar qanuna uyğun nəzərdə tutulmuş mərhələlərdir".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib.
O bildirib ki, son dövrlərdə isə neqativ halların şahidi olduq:
"Hətta ali tibb təhsili olmayan dələduzlar ixtisaslaşmış həkim olduqlarını iddia ediblər. 1-2 aylıq hansısa kursun sertifikatını almaqla özəl klinikalarda fəaliyyət göstərirlər. Təəssüf ki, bu gün Azərbaycanda plastik cərrahiyə ən dəbdə olan, gəlirli sahədir. Həmin adamlar da özlərini plastik cərrah kimi cəmiyyətə sırıyırlar. Nəticədə bir neçə insan həyatını itirib, şikəst qalıb. Bunlardan sonra Səhiyyə Nazirliyi ciddi şəkildə hərəkətə keçib. Bu addım təqdirəlayiqdir".
Deputat qeyd edib ki, cəmiyyətdə bununla bağlı çox əvvəldən siqnallar, müzakirələr var idi:
"Bu qərar bir neçə müddət əvvəl verilsə idi, daha yaxşı olardı. Stomotoloji klinikalarda da yoxlamaların aparılmasına ehtiyac var idi. Orta təhsilli texniklər də diş həkimi kimi fəaliyyət göstərir, hətta implant belə edirlər. Stomotologiya da gəlirli sahə olduğu üçün neqativ hallar var. Həmin şəxslərə sertifikatların hansı orqanlar tərəfindən verilməsi də araşdırma mövzusudur. Cinayət tərkibi varsa, ciddi tədbirlər alınmalıdır. Ortada insan həyatının təhlükəyə atılması məsələsi var. Belə hallarda yalançı həkimlərə qarşı ciddi ölçülər alınmalıdır".
Əfsanə Kamal
Demokrat.az